MTRŞ-YƏ QARŞI İDDİAYA ƏSASƏN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Dünən (24 iyun) 1 saylı Bakı İqtisad Məhkəməsində hakim Müseyib Bayramovun sədrliyi ilə “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” (SGHM) ictimai birliyinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirildi. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) SGHM-in prezidenti Elçin Məmmədli məlumat verib.

Prosesdə iddiaçı SGHM-in prezidenti Elçin Məmmədli və onun səlahiyyətli nümayəndəsi Müşfiq Abdullayev, cavabdeh tərəfdən isə MTRŞ-nin hüquq və lisenziya şöbəsinin müdiri Nemət Cavadov iştirak edib.
MNRŞ-nin nümayəndəsi N.Cavadov iddiaya etiraz edib  və iddia əsassız olduğu üçün işə xitam verilməsi barədə vəsatət qaldırıb.  İddiaçı E.Məmmədli iddiasının əsaslı olduğu barədə hakimə izah verib.
Hakim M.Bayramov növbəti məhkəmə prosesini 29 iyun saat 15.00-a təyin edib.
Xatırladaq ki, SGHM Sumqayıt şəhərində yeni telekanalın açılması təşəbbüsü ilə 2009-cu ilin yanvar ayında MTRŞ-na müraciət edib və rədd cavabı aldığı üçün “lisenziya verilməməsinin qanunsuz hesab olunması” iddiası ilə məhkəməyə müraciət edib.
Previous Post

“YENİ MÜSAVAT” QƏZETİNİN MÜXBİRİ POLİS İDARƏSİNƏ ÇAĞIRILIB

Next Post

AZƏR ƏHMƏDOVUN İDDİASI TƏMİN OLUNMAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.