Azərbaycanın ilk milli peyki orbitə çıxdı

Fevralın 7-dən 8-nə keçən gecə saat 01.45-də Azərbaycanın «Azərspace-1» adlı peyki Fransanın Cənubi Amerikada yerləşən Qviana Kosmik Mərkəzinin Kuru kosmodromundan «Ariane Space» fransız şirkətinin raket daşıyıcısı vasitəsilə fəzaya qaldırılıb. 

Çəkisi 3,2 ton «Azərspace-1» Malayziyanın peyk operatoru MEASAT şirkətindən icarəyə götürülən 46 dərəcə şərq uzunluğu orbital mövqeyində yerləşəcək. Dünyanın 30 ölkəsi ilə mövqe razılaşdırılması üzrə 7 illik prosesdən sonra o, öz mövqeyində – 43.2, 58.5 və 96 dərəcə şərq uzunluğunda yerləşəcək.

Azərbaycan hökumətinin sifarişi ilə Orbital Sciences Corporation (ABŞ) tərəfindən hazırlnan cihaz 17 mln dollara sığortalanıb və istismar müddəti 15 ildir.

Previous Post

VƏTƏNDAŞ CƏMİYYƏTİ QANUNVERİCİLİYƏ MÜRTƏCE DÜZƏLİŞLƏRƏ ETİRAZ EDİR

Next Post

“Azadlıq” qəzetinin bölgə müxbiri polisdə ifadə verib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.