“Azadlıq” qəzetinin bölgə müxbiri polisdə ifadə verib

“Azadlıq” qəzetinin İsmayıllı rayonunda yaşayan bölgə müxbiri Elçin İsmayıllı izlənilməsi və təhdidlərlə üzləşməsi barədə bir neçə gün əvvəl hüquq-mühafizə orqanlarına etdiyi müraciətə əsasən, fevralın 8-də İsmayıllı Rayon Polis Şöbəsinə (RPŞ) çağırılıb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna məlumat verən jurnalistin sözlərinə görə, onu RPŞ-nin rəis müavini Əbülfəz Bədəlov qəbul edib.

“İsmayıllıda 23-24 yanvarda baş verən hadisələrdən sonra izlənməyimlə bağlı mətbuata məlumat verdikdən sonra RATİ-nin tövsiyəsinə əsasən ərizə ilə polis və prokurorluq orqanlarına müraciət etdim. Müraciətimin araşdırılması çərçivəsində bu gün (8 fevral) RPŞ-də ifadə verdim. Həmçinin polisdə bildirdim ki, təhdidlərlə bağlı mətbuatda məlumatlar dərc olunduqdan sonra artıq bu cür hallar baş vermir” – deyə E.İsmayıllı bildirib. O əlavə edib ki, rəis müavini ona təhlükəsizliyi ilə bağlı bütün problemlərin həll olunacağını bildirib.

Previous Post

Azərbaycanın ilk milli peyki orbitə çıxdı

Next Post

Tofiq Yaqublu və İlqar Məmmədov həbsdə qaldı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.