FREEDOM HOUSE TƏŞKİLATININ HESABATINDA AZƏRBAYCAN “AZAD OLMAYAN ÖLKƏLƏR” SİYAHISINDADIR

Beynəlxalq hüquq-müdafiə təşkilatı “Freedom House” dünyanın 193 ölkəsində azadlığın vəziyyəti haqqında “Dünyada azadlıq” adlı illik hesabatını açıqlayıb. Azərbaycan ötən il olduğu kimi yenə də “azad olmayan” ölkə kimi qəbul edilib və siyahıda 154-cü yeri tutub.

Ölkədə siyasi hüquqlar 6 balla (“ən azad” ölkələr 1 bal alıb), vətəndaş hüquqları isə 5 balla qiymətləndirilib. Azərbaycanın qonşuları – Gürcüstan və Ermənistan “qismən azad” ölkə kimi qəbul edilib və müvafiq olaraq 118 və 141-ci yerləri tutublar.
Qazaxıstan, Rusiya, Tacikistan, Belarus və Özbəkistanda isə vəziyyət Azərbaycandakından daha pisdir. Ən çox «azad olmayan» ölkə kimi Özbəkistan qəbul edilib.
Hesabatı tam olaraq http://freedomhouse.org/template.cfm?page=21&year=2009 linki vasitəsilə oxumaq olar.
Previous Post

MÜŞFİQ HÜSEYNOVUN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Next Post

JURNALİSTLƏRƏ QARŞI QOHUMLARI VASİTƏSİLƏ TƏXRİBAT HAZIRLANILIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.