AZƏRBAYCAN MƏTBUAT AZADLIĞINA GÖRƏ 175 ÖLKƏ ARASINDA 146-CI YERDƏDİR

Bu gün (20 oktyabr) beynəlxalq “Sərhədsiz Reportyorlar” təşkilatı 8-ci illik “Dünya mətbuat azadlığı indeksi -2009” adlı hesabatını açıqlayıb.

Hesabatda Azərbaycan mətbuat azadlığına görə Ermənistandan da, Gürcüstandan da geridədir. Belə ki Azərbaycan 175 ölkə arasında 146-cı, Ermənistan – 111, Gürcüstan 81-ci yerdədir.

     ”Mətbuat azadlığı indeksinə” görə birinci yerdə Danimarka, daha sonra Finlandiya, İrlandiya, Norveç gəlir.

Mətbuat azadlığı  ən pis vəziyyətdə olan ölkələr isə Eritreya, Şimali Koreya, Türkmənistan və İrandır.

     Hesabatı  ingilis dilində tam oxumaq üçün http://www.rsf.org/en-classement1003-2009.html linkinə müraciət edə bilərsiniz.

Previous Post

ELÇİN BEHBUDOV MÜŞFİQ HÜSEYNOVLA GÖRÜŞƏCƏK

Next Post

ALLAHŞÜKÜR PAŞAZADƏ İLƏ “GÜNDƏLİK BAKI” QƏZETİ ARASINDA MƏHKƏMƏ ÇƏKİŞMƏSİ DAVAM EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.