“SƏRHƏDSİZ REPORTYORLAR”IN SİYAHISINDA AZƏRBAYCAN 173 ÖLKƏ ARASINDA 150-Cİ YERİ TUTUR

Beynəlxalq “Sərhədsiz reportyorlar” təşkilatı 3 may – Mətbuat azadlığı günü ilə əlaqədar dünyada mətbuatın vəziyyəti haqqında illik hesabatını açıqlayıb.

Hesabatda 173 ölkədən hər biri haqqında arayış yer alıb. Azərbaycan haqqında bölmədə deyilir ki, dövlət başçısı İlham Əliyev çox az sayda olan müstəqil mətbuatla avtoritarizm və terror metodları ilə davranır. ”Rejimin korrupsiya kimi qüsurları barədə danışa bilən jurnalistlər real təhlükə ilə üzləşir”- deyə, hesabatda qeyd edilib.
Qeyd edək ki, ”Sərhədsiz reportyorlar”ın azadlıq siyahısında Azərbaycan 173 ölkə arasında 150-ci yeri tutur.
Previous Post

HÜQUQ MÜDAFİƏÇİSİ ELÇİN BEHBUDOV EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞÜB

Next Post

“MƏNİM SAVAŞIM” KİTABI İLƏ BAĞLI EKSPERTİZA RƏYİ VERİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.