“GÜNDƏLİK BAKI”NIN MƏHKƏMƏSİ TƏXİRƏ SALINDI

Bu gün (11 fevral) Yasamal rayon məhkəməsində hakim Tahir İsmayılovun sədrliyi ilə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam  Hacı Allahşükür Paşazadənin “Gündəlik Bakı” qəzetinə qarşı şərəf və ləyaqətin müdafiəsi əsasında qaldırdığı iddia üzrə məhkəmə hazırlıq iclası keçirilib.

İclasda cavabdeh – “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev vəkil tutmaq məqsədi ilə hazırlıq iclasının təxirə salınmasını hakimdən xahiş etdi. Hakim T. İsmayılov cavabdehin bu xahişini nəzərə alaraq hazırlıq iclasını 19 fevral 16.00–dək təxirə saldı.
Xatırladaq ki, A. Paşazadə “Gündəlik Bakı” qəzetinin 14 yanvar 200-cu il tarixində dərc edilmiş "Cənubdakı narkotik marşrutu-2" adlı məqalədə şərəf və ləyaqətinin təhqir olunduğunu hesab edərək məhkəməyə müraciət etmiş, qəzetin üzr istəməsini və təkzib verməsini tələb etmişdir.
Video: http://www.irfs.az/content/view/1873/31/lang,az/
Previous Post

AZƏRBAYCAN HƏBSDƏ OLAN JURNALİSTLƏRİN SAYINA GÖRƏ İKİNCİ YERDƏDİR

Next Post

TATYANA ÇALADZE EYNULLA FƏTULLAYEV HAQQINDA KİTAB YAZMAĞI PLANLAŞDIRIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.