SMDTM-İN ƏDLİYYƏ NAZİRLİYİNƏ QARŞI İDDİASINA ƏSASƏN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Bu gün (31 avqust) Yasamal rayon məhkəməsində hakim Raqib Qurbanovun sədrliyi ilə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM)  Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “Qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından imtinanın qanunsuz sayılması və birləşmək hüququnun pozulması”na dair iddiasına əsasən məhkəmə prosesi keçirildi.

Prosesdə iddiaçı tərəfdən SMDTM-in proqram koordinatoru Bəşir Süleymanlı və onun vəkili Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev, cavabdeh qismində Ədliyyə Nazirliyinin nümayəndəsi Etibar Mustafayev iştirak edirdilər.
İ.Əliyev  işə mahiyyəti üzrə baxılması, cavabdehin üzərinə 10 000 (on min) manat təzminat ödəməsi  və sözügedən təşkilatın  dövlət qeydiyyatına  alınması vəzifəsinin qoyulması  barədə qərar çıxarılmasını hakimdən xahiş etdi.
Cavabdehin tərəfin nümayəndəsi isə iddianı əsassız  hesab edilərək rədd edilməsini istədi.
Hakim Raqib Qurbanov bildirdi ki, qərarı elan etmək üçün növbəti prosesi 2 sentyabr saat 15:00-a təyin etdi.
Qeyd edək ki, hakim RATİ əməkdaşına video və fotoçəkiliş aparmasına icazə vermədi.
Xatırladaq ki,  SMDTM-in qeydiyyat üçün 26 yanvar 2009-cu ildə təqdim etdiyi sənədləri 29 aprel 2009-cu ildə Ədliyyə nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi geri qaytarıb və qaydasında olmadığını bildirib. SMDTM-in təsisçiləri Ədliyyə nazirliyinin hərəkətini hüquqa zidd davranış kimi qiymətləndirərək, Ədliyyə nazirliyinə qarşı Yasamal rayon məhkəməsində iddia qaldırmışdılar. Yasamal rayon məhkəməsi əsassız olaraq 3 dəfə iddianı icraata almaqdan imtina etmişdi.

Previous Post

AZƏRBAYCAN “EUROVİSİON 2009” QALMAQALI İLƏ BAĞLI AVROPA YAYIM İTTİFAQINA CAVAB VERİB

Next Post

JURNALİSTLƏR AKSİYADA POLİSİN FİZİKİ TƏZYİQİ İLƏ ÜZLƏŞİBLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.