Azərbaycan hökuməti bloggerin işgəncəyə məruz qalmasını araşdırmalıdır

Bəyanat

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) blogger fəal Rəşad Ramazanovun (Facebook adı “Rashad Heqiqet Ağaaddin”) dindirilmə zamanı  hələlik adı məlum olmayan Daxili İşlər Nazirliyinin işçisi tərəfindən işgəncəyə məruz qalması xəbərindən dərin sarsıntı hissi keçirir.

RATİ Azərbaycan hökumətini bu vəhşiliyi dərhal və obyektiv şəkildə araşdırmağa, Ağaaddinin həbsinə və  işgəncəyə məruz qalmasına görə cavabdeh olan  şəxsləri məsuliyyətə cəlb etməyə və internetdə öz siyasi fikirlərini paylaşdığına görəhəbs olunmuş bloggeri azad etməyə çağırır.

RATİ zorakılığın bütün formalarını bağışlanmaz hesab edir.

RATİ həmçinin qeyd edir ki, ifadə azadlığı Azərbaycanın imzaladığı və qoşulduğu bir çox beynəlxalq müqavilələr və hüquqi sənədlərlətəmin olunur – “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə”, “Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt” və “İnsan Hüquqları haqqında Avropa Konvensiyası”.

Bu səbəbdən RATİ:

  • Hökuməti Rashad Heqiqet Ağaaddini dərhal və qeyd-şərtsiz azad etməyə çağırır;
  • Hökumətdən Ağaaddinə qarşı qeyri-insani davranış və işgəncənin baş verməsi haqqında məlumatın müstəqil və qərəzsiz şəkildə araşdırılmasını tələb edir;
  • Hökuməti Rashad Heqiqet Ağaaddinin işgəncəyə məruz qalmamasını və ona qarşı digər zorakı əməllərin baş verməməsini təmin etməyə, həmçinin bloggerin müntəzəm tibbi yardıma və vəkilinə çatımlılığını təmin etməyə çağırır;
  • Hakimiyyətdən dinc fəalların və jurnalistlərin təqibinə son qoymağı, habelə “Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt”da və Azərbaycanın ratifikasiya etdiyi digər beynəlxalq konvensiyalarda və müqavilələrdə nəzərdə tutulmuş ifadə azadlığının qorunması və təmin olunması öhdəliyinə əməl etməyi tələb edir.

RATİ həmçinin beynəlxalq təşkilatları, xüsusilə də Avropa Şurası və ATƏT-i, daha sərt mövqe ortaya qoymağa və Azərbaycan hökumətinə insan hüquqları ilə bağlı öhdəliklərini yerinə yetirməsi üçün daha çox təzyiq göstərməyə çağırır.

            Xatırladaq ki, Rəşad Ramazanov (Rashad Heqiqet Ağaaddin) may ayının 9-da “20 Yanvar” metro stansiyası yaxınlığında saxlanaraq Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb. Polis bloggerin üzərində 9 qram heroin aşkarlandığı barədəməlumat verib. Ramazanov bu ittihamı təkzib edir. Təqsiri sübuta yetirilərsə, Rəşad Ramazanovun əmlakı müsadirə edilməklə 12 ilədək azadlıqdan məhrum ediləcəyi gözlənilir.

Previous Post

Jurnalist əsas göstərilmədən saxlanılıb

Next Post

Jurnalistə şərti cəza verilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.