Jurnalist əsas göstərilmədən saxlanılıb

1368862478_zulfuqar-huseynzade

Mayın 17-də “moderator.az” saytının baş redaktoru Zülfüqar Hüseynzadə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCQMİ) saxlanılıb. Baş redaktorun sözlərinə görə, dünən saat 15:00-da hüquqşünas  Aslan İsmayılov blogger Rəşad Ramazanovun qanunsuz həbsi ilə bağlı keçirirdiyi mətbuat konfransından sonra İsmayılovun dəvəti ilə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCQMİ) qarşısına gəlib:

“Mən ora çatanda A. İsmayılovdan başqa kimsəni görmədim. Amma Çevik Polis alayı, Post Patrul Xidmətinin 60-dan yuxarı nümayəndəsi orada bizi gözləyirdi. Daha sonra bir neçə media nümayəndəsi də oraya gəldilər. İsmayılov blogger Rəşad Ramazanovun qanunsuz həbsi ilə bağlı açıqlama verməyə başlayanda, polislər yaxınlaşaraq, A. İsmayılovu maşına sarı itələməyə başladılar. Mən onu könüllü getməyə razı saldım, çünki baş verənlərin bir təxribat olduğundan ehtiyyatlanırdım. Polislər mənim də onlarla getməli olduğumu bildirdilər və bizi Nərimanov Rayon Polis İdarəsinə gətirdilər. İdarədə özümə qarşı normal münasibət gördüm, lakin mənim hansı səbəbdən saxlanıldığım barədə heç bir izah vermədilər” –deyə bildirən Zülfüqar Hüseynzadə məsələ ilə bağlı Daxili İşlər Naziri Ramil Usubova müraciət edib iki saat qanunsuz saxlanılması ilə bağlı günahkarların cəzalandırılmasını tələb edəcəyini bildirib

Previous Post

Obyektiv TV müxbiri jurnalist Nicat Əliyevin məhkəməsinə buraxılmayıb

Next Post

Azərbaycan hökuməti bloggerin işgəncəyə məruz qalmasını araşdırmalıdır

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.