Blogger barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib

486634_498355883534449_559866860_n

Dindar blogger Rəşad Ramazanova (Rəşad Həqiqət Ağaaddin) qarşı   Azərbaycan CM-in 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri saxlamaq və satmaq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Bu barədə bu gün (17 may) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) bloggerin vəkili Rövşən Şirəliyev məlumat verib.

Vəkil R. Şirəliyevin sözlərinə görə, mayın 10-da Nərimanov rayon Məhkəməsi onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçsə də, blogger hələ də  Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində  saxlanılır.

Xatırladaq ki, mayın 9-da dindar blogger Rəşad Ramazanov (Rəşad Həqiqət Ağaaddin) “20 yanvar” metro stansiyası yaxınlığında saxlanılaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib. Bloggerin üzərində axtarış aparılıb və üzərindən 9 qram heroin müsadirə edildiyi bildirilir. Ramazanov bu ittihamı təkzib edir. Təqsiri sübuta yetirilərsə, Rəşad Ramazanovun  əmlakı müsadirə edilməklə 12 ilədək azadlıqdan məhrum ediləcəyi gözlənilir.

Qeyd edək ki, Rəşad Həqiqət Ağaaddinin (Rashad Heqiqet Ağaaddin) (Ramazanov)rəsmi facebook səhifəsində (http://on.fb.me/12G0WJE) hazırkı hakimiyyəti sərt tənqid edən məqalə və statuslar əsas yeri tutur və onlarda azadlıq və ədalət mövzuları müəllif tərəfindən sərt mövqedə  əks olunub.

 

Previous Post

Əvəz Zeynallı cəzaçəkmə müəssisəsinə köçürülüb

Next Post

Obyektiv TV müxbiri jurnalist Nicat Əliyevin məhkəməsinə buraxılmayıb

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.