Obyektiv TV müxbiri jurnalist Nicat Əliyevin məhkəməsinə buraxılmayıb

Ferqane

Obyektiv online televiziyasının əməkdaşı Fərqanə Novruzova  hakimin etirazı əsasında jurnalist Nicat Əliyevin 16 may  tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesinə  buraxılmayıb.  Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin özü məlumat verib.

Obyektiv TV-nin jurnalistinin sözlərinə görə,  məhkəmə zalına daxil olmaq istəyərkən məhkəmə nəzarətçisi digər şəxsləri məhkəmə zalına buraxsa da onu prosesə buraxmayıb.

Novruzova jurnalist olduğu üçün prosesdə iştirakına icazə verilməli olduğunu məhkəmə işçilərinə bildirib. “Mən bu gün məhkəməyə Obyektiv TV-nin 12 aprel  2013-cü ildən bəri işıqlandırdığı prosesi çəkmək üçün getmişdim. Mən öz jurnalist fəaliyyətimi yerinə yetirirdim. Nəzarətçiyə bildirdim ki, o mənim peşə fəaliyyətimi yerinə yetirməyimə mane olur. Ancaq o cavabında mənə bildirdi ki, bu hakimin göstərişidir” deyə Novruzova bildirib.

Novruzovanın həm məhkəmə nəzarətçisi, həm də jurnalistin vəkili Anar Qasımlıdan aldığı məlumata görə, hakim ona qarşı belə münasibətinin səbəbi onun Obyektiv TV əmkəkdaşı olması olub. Hakimin “onlar (Obyektiv TV) məhkəmə prosesini çəkib YouTube-yə yükləyirlər” dediyi bildirilir.

Previous Post

Blogger barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib

Next Post

Jurnalist əsas göstərilmədən saxlanılıb

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.