Ölkə vətəndaşları prezidenti Hilal Məmmədovu azad etməyə çağırıblar

Hilal Məmmədovun Hüquqlarını Müdafiə Komitəsi  iyulun16-da Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində ölkə vətəndaşlarının prezidenti Hilal Məmmədovu azad etməyə çağırdıqları müraciətlə bağlı imzatoplama kampaniyasının nəticələrinə dair  mətbuat konfransı keçirib.  Azərbaycanın müxtəlif regionlarından 4 minə yaxın vətəndaş prezident İlham Əliyevə “Tolışi sədo” qəzetinin redaktoru Hilal Məmmədovun həbsdən azad edilməsi çağırışı ilə məktub imzalayıb. İmzatoplama kampaniyası ölkənin bir sıra ictimai təşkilatları, o cümlədən Hilal Məmmədovun Hüquqlarını Müdafiə Komitəsi tərəfindən keçirilib.

“Azəri-Talış” ictimai birliyinin rəhbəri Mehdibəy Səfərov bildirib ki, Hilal Məmmədov səmərəli hüquqi müdafiədənməhrumdur, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Orucov jurnalistin təqsirsiz olduğunu isbat etməyə imkan vermir, onun çıxışlarını kəsir, vəkillərin suallarına müdaxilə edir, açıq-aşkar ittiham tərəfin şahidlərini müdafiə edir.

“Məmmədov fəal vətəndaş mövqeyinə, hüquq-müdafiə fəaliyyətinə, Talış Mədəniyyət Mərkəzinin keçmiş rəhbəri Novruzəli Məmmədovun hüquqlarının müdafiəsində iştirakına görə təqib olunur. “Biz Hilalın Novruzəli Məmmədovun taleyinə yaşamasını istəmirik və buna görə prezidentdən müdaxilə etməyi və ədalətsizliyə son qoymağı xahiş edirik”, deyə oəlavə edib.  Hilal Məmmədovun Hüquqlarını Müdafiə Komitəsinin üzvü Arzuman Məcidli hesab edir ki, “Tolışi sədo” redaktorunun həbsinə siyasi rəhbərlik icazə verib. “Hilal Məmmədov həmişə Azərbaycanın ərazi bütövlüyünü və ölkənin bütün xalqlarının bərabərhüquqluluğunu müdafiə edib”, -deyə Azərbaycan Ziyalılar Hərəkatının sədr müavini Seyran Rəfiyev belə deyib. Azərbaycan prezidentinə ünvanlanan müraciətdə qeyd edilir ki, Hilal Məmmədovun işi üzrə istintaq və məhkəmə heç bir hüquqi çərçivəyə sığmır və açıq-aşkar ədalətsiz aparılır. “Biz milli-mənəvi dəyərlərin və öz xalqının mədəni irsinin araşdırılması sahəsində mütəxəssis Hilal Məmmədovun qanunsuz həbsini insan hüquqları və demokratik dəyərlərə zərbə kimi qiymətləndiririk. Sizdən prezident seçkiləri ərəfəsində humanizm nümayiş etdirməyi və redaktorun azad edilməsinə yardım etməyi xahiş edirik”, deyə müraciətin sonunda  bildirilir.

Previous Post

“Azadlıq” qəzetinin vəziyyəti diplomatlarla müzakirə olunub

Next Post

Vətəndaş cəmiyyəti nümayəndələri Əvəz Zeynallı ilə görüşmək üçün müraciət ediblər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.