Vətəndaş cəmiyyəti nümayəndələri Əvəz Zeynallı ilə görüşmək üçün müraciət ediblər

İyulun 16-da Bir qrup vətəndaş cəmiyyəti nümayəndəsi “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallı ilə görüşmək üçün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin  və 10 saylı cəzaçəkmə müəssisəsinin rəisinə müraciət ediblər.  Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) təşkilatın rəhbəri Emin Hüseynov məlumat verib.

Hüseynovun sözlərinə görə, müraciətdə bir neçə şəxsdən ibarət qrupun Milli Mətbuat günü ilə əlaqədar Əvəz Zeynallı ilə görüşmək istədiyi qeyd edilib.

“Beynəlxalq və yerli təşkilatlar Əvəz Zeynallını siyasi məhbus kimi tanıyır, jurnalist saxta ittihamlarla həbs olunub”, -deyə müraciətdə qeyd edilib.

Qeyd edək ki, müraciətə cavab verilmədiyi təqdirdə vətəndaş cəmiyyəti nümayəndələri ölkə konstitusiyasını vəVətəndaşların Müraciətlərinə Baxılması Qaydası haqqında Qanunu rəhbər tutaraq məhkəməyə müraciət edəcəklər.

Xatırladaq ki, Əvəz Zeynallı Milli Məclisin sabiq deputatı Gülər Əhmədovanın şikayəti ilə 2011-ci il oktyabrın 28-dəhəbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213.1-ci  (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb. 13 fevral 2013-cü ildə dövlət ittihamçısı Əvəz Zeynallının 11 il müddətinə həbs olunmasını istəyib. 12 mart 2013-cü il tarixində məhkəmə Əvəz Zeynallının 9 il müddətinəazadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları bu ittihamları saxta hesab edir və Əvəz Zeynallının hakimiyyətəqarşı tənqidi yazılarına görə həbs olunduğunu bəyan edirlər.

Previous Post

Ölkə vətəndaşları prezidenti Hilal Məmmədovu azad etməyə çağırıblar

Next Post

Elmar Hüseynovun xatirəsi unudulmur

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.