AZƏRBAYCAN HÖKUMƏTİNİN XARİCİ RADİOSTANSİYALARLA BAĞLI DİALOQA HAZIR OLDUĞU BİLDİRİLİR

“Azərbaycan ABŞ-ın Beynəlxalq Yayım Şurasından və BBC-dən təkliflər gözləyir. Amerikanın və Böyük Britaniyanın müxtəlif qurumları və dövlət rəhbərləri xarici radiolarla bağlı Azərbaycan prezidentinə müraciət ediblər. Azərbaycan hökuməti bu qurumlarla dialoqa hazırdır”.

Bu barədə “Turan” İnformasiya Agentliyinə Azərbaycan Prezidentinin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov məlumat verib.
Ə. Həsənovun sözlərinə görə, Azərbaycan yerli şirkətlər üçün nəzərdə tutulmuş FM tezliyi istisna olmaqla, xarici radioların yayımını digər vasitələrlə davam etdirməyə hazırdır. Ə. Həsənov digər vasitələr dedikdə, beynəlxalq peyk yayımı imkanlarını, kabel teleradio sistemini və peyk vasitəsi ilə yayılan qısa və orta tezlikləri nəzərdə tutduğunu bildirib. O, həmçinin ABŞ və Böyük Britaniya hökumətləri ilə hökumətlərarası sazişə müvafiq qarşılıqlı yayım praktikası da həyata keçirilməsinin mümkün olduğunu bildirib.
Previous Post

İNFORMASİYA SORĞUSUNU CAVABLANDIRMADIĞI ÜÇÜN ARDNŞ MƏHKƏMƏYƏ VERİLİB

Next Post

AVROPA ŞURASI XARİCİ RADİOSTANSİYALARIN FM TEZLİYİNDƏ YAYIMININ DAYANDIRILMASINDAN NARAHATDIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.