AVROPA ŞURASI XARİCİ RADİOSTANSİYALARIN FM TEZLİYİNDƏ YAYIMININ DAYANDIRILMASINDAN NARAHATDIR

“Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv qəbul olunan zaman ölkədə demokratik cəmiyyətin əsaslarından birini təşkil edən söz azadlığı və media müstəqilliyini təmin edəcəyinə dair öhdəlik götürüb”.

“APA” İnformasiya Agentliyinin  məlumatına görə, bu fikirlər Avropa Şurası Nazirlər Komitəsinin sədri, İspaniyanın xarici işlər naziri Miqel Anhel Moratinos və Avropa Şurası Parlament Assambleyasının  prezidenti Luis Mariya de Puçun bəyanatında öz əksini tapıb.
Məlumatda əsasən,  bəyanatlarında Miqel Anhel Moratinos və Luis Mariya de Puç Milli Televiziya və Radio Şurasının (MTRŞ) Azərbaycanda xarici radiostansiyaların FM dalğalarında yayımının dayandırılması ilə bağlı qərarını narahatlıqla qarşıladıqlarını bildiriblər.
Xatırladaq ki, MTRŞ-nin 2008-ci il dekabr ayının 30-da qəbul etdiyi qərara uyğun olaraq 2009-cu il yanvar ayının 1-dən Azərbaycanda “Azadlıq”, “Amerikanın səsi” və BBC radiostansiyalarının FM tezliyində yayamı dayandırılıb.
Previous Post

AZƏRBAYCAN HÖKUMƏTİNİN XARİCİ RADİOSTANSİYALARLA BAĞLI DİALOQA HAZIR OLDUĞU BİLDİRİLİR

Next Post

SƏDƏRƏKDƏ JURNALİSTLƏR HÜCUMA MƏRUZ QALIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.