İNFORMASİYA SORĞUSUNU CAVABLANDIRMADIĞI ÜÇÜN ARDNŞ MƏHKƏMƏYƏ VERİLİB

Bu gün (16 yanvar) Səbail rayon məhkəməsində hakim Nurəddin Babayevin sədrliyi ilə Azad iqtisadiyyata Yardım Mərkəzinin rəhbəri Zöhrab İsmayılın Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı “Vəzifəli şəxsin hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə” qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib.

Prosesdə iddiaçı tərəfdən Zöhrab İsmayıl və onun səlahiyyətli nümayəndəsi Fariz Məmmədov, cavabdeh tərəfdən isə Şahin İsmayılov iştirak edirdi.
Z. İsmayıl hakimdən ARDNŞ-nin informasiya sorğusuna cavab verməməsinin qanunsuz hesab olunması ilə bağlı qərar çıxarmasını xahiş etdi: “ARDNŞ ictimai funksiyaları yerinə yetirən hüquqi şəxsdir və onun bütün fəaliyyəti ictimaiyyət üçün açıq olmalıdır.”
ARDNŞ-nin səlahiyyətli nümayəndəsi Şahin İsmayılov isə iddiaçının səsləndirdiyi fikirləri əsassız hesab etdi və iddianın təmin olunmamasını xahiş etdi.
Hakim tərəfləri dinlədikdən sonra prosesi 19 yanvar saat 15:00-a qədər təxirə saldı.
Qeyd edək ki, RATİ-nin prosesdə foto və video çəkiliş aparmaqla bağlı müraciətinə iddiaçı və cavabdeh tərəflər etiraz etməsə də, hakim heç bir səbəb göstərmədən çəkilişə icazə vermədi.
Previous Post

OMBUDSMAN APARATININ NÜMAYƏNDƏLƏRİ QƏNİMƏT ZAHİDOV VƏ SAKİT ZAHİDOVLA GÖRÜŞÜBLƏR

Next Post

AZƏRBAYCAN HÖKUMƏTİNİN XARİCİ RADİOSTANSİYALARLA BAĞLI DİALOQA HAZIR OLDUĞU BİLDİRİLİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.