Seçki ərəfəsində ifadə azadlığına təzyiqlərin artdığı bir vaxtda Azərbaycan hökuməti tənqidi saytların “ovuna ” çıxıb

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) özünün və tanınmış müxalifət qəzeti olan “Azadlıq” qəzetinin saytına yönəlmiş haker hücumlarını qətiyyətlə pisləyir. Ötən çərşənbə axşamı, yəni avqustun 13-dən başlamış hücumlar bir həftə ərzində İslandiya və İsveçdə yerləşən serverləri hədəfə alıb.

Oktyabrda keçiriləcək prezident seçkiləri yaxınlaşdıqca Azərbaycanda ifadə azadlığına basqılar artır və hökumətə xoş gəlməyən informasiyanı yayan şəxslərə qarşı anonim hakerlər tərəfindən misli görünməmiş kiber terror həyata keçirilir.

“Bu haker hücumu Azərbaycan vətəndaşlarının söz azadlığına qarşı hücumdur və hökumətin prezident seçkilər ərəfəsində azad sözü boğmaq istəyinin nəticəsidir” ,-deyə RATİ icraçı direktoru və sədri Emin Hüseynov bildirib.

Belə ki, bir həftə fasiləsiz olaraq Azadlıq qəzeti və RATİ-nin saytına “xidmətdən imtina” (DDoS) hücumları həyata keçirilib. Hakerler  geniş miqyaslı dost hücumları hesab edilən Layer 7, UDP, SYN floodings, and DNS reflection  hücumlarından istifadə edib.

RATİ-nin kibertəhlükəsizlik üzrə komandasının məlumatına görə hakerler adı çəkilən saytları və onların yerləşdiyi DNS severləri sıradan çıxarmağa çalışıblar. Onlar öz ünvanlarını gizlətmək üçün hücumları 3-cü tərəfə aid kompüterdən istifadə etməklə həyata keçiriblər.

“Azadlıq” qəzetinin rəhbərliyinin məlumatına görə qəzetə edilən hücumların araşdırılması üçün Milli Təhlükəsizlik Nazirliyinə müraciət edilib, ancaq qurum konkret bir tədbir görməyib.

“Bu ancaq bizim bildiyimiz hücumlardır. Bəzi media təşkilatları belə hücumlar barədə məlumat vermir və buna görə də kiber hücumların əksəriyyətinin üstü açılmır”, deyə Emin Hüseynov qeyd edib.

RATİ media təşkilatlarını ifadə azadlığına qarşı aparılan kiber müharibəyə qarşı özünün başlatdığı kampaniyaya qoşulmağa və ən azından məruz qaldıqları hücumlar barədə RATİ-nin kibertəhlükəsizlik üzrə işçi qrupuna məlumat verməyə çağırır.

RATİ eyni zamanda hökuməti Azərbaycanın tənqidi internet saytlarına yönəlmiş bütün kiber hücumları araşdırmağa və bu hücumlara görə məsul olan şəxslər barədə qanuni ölçülər götürməyə çağırır.

Previous Post

Beynəlxalq təşkilatlar Xədicə İsmayılova üçün ədalət tələb edir

Next Post

Hərbidən yazan jurnalist təhdid olunur

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.