Hərbidən yazan jurnalist təhdid olunur

“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin direktoru Cəsur Sümərinli təhdid olunur. Bu barədə bu gün (22 avqust) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin özü məlumat verib. C. Sümərinlinin sözlərinə görə, dünən ona yazdığı informasiyalar, təhlillər, açıqladığı fikirlərlə bağlı hakimiyyətin üst qatında narahatlığın yaranması barədə mesaj çatdırılıb.
“Mənə dedilər ki, son günlər Azərbaycan – Rusiya hərbi-texniki əməkdaşlığı barədə yazdığım təhlillər, informasiyalar, məqalələr Azərbaycan hakimiyyətində narazılıqla qarşılanır və eyni zamanda Rusiyanın hərbi-siyasi elitası bu məsələ ilə bağlı rəsmi Bakıya etirazını bildirib. Guya bu kimi məqalələri yazmaqla, şərhləri verməklə Azərbaycan – Rusiya hərbi əməkdaşlığının gələcəyini təhlükə altında qoyuram, bu məqalə və təhlillərimlə iki ölkə arasında hərbi-texniki sahədə razılaşdırılmış sənədlərin pozulması təhlükəsi yaranır , mesajı mənə çatdıran şəxslər bildirib ki, Azərbaycan hakimiyyətində hesab edirlər ki, məni “məlumatlandıran” şəxslər guya Qərb dairələrindədir. Mesajda həmçinin qeyd olunurdu ki, bu tip məqalələr, təhlillər yazmağı, araşdırmalar aparmağı, açıqlamalar verməyi dayandırım. Onlar qeyd etdilər ki, hakimiyyətdəki qüvvələr buna görə mənə nə istəyirəmsə ödəməyə, “hörmət” etməyə hazırdırlar” – deyə C.Sümərinli bildirib və media qurumlarını və QHT-ləri ona dəstək olmağa çağırıb.
Previous Post

Seçki ərəfəsində ifadə azadlığına təzyiqlərin artdığı bir vaxtda Azərbaycan hökuməti tənqidi saytların “ovuna ” çıxıb

Next Post

Naxçıvanda internet klublar bağlanır

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.