
İyunun 15-də telejurnalist, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin şəhid olmasının 21-ci ildönümü qeyd olunub. Çingiz Mustafayev Ermənistanla Azərbaycan arasında gedən Qarabağ müharibəsində döyüş gedən bölgələrdən operativ xəbərlər verməklə yanaşı, 1992-ci il fevralın 26-da ermənilər tərəfindən törədilmiş soyqırımından sonra Xocalıda çəkilmiş kadrların da müəllifidir. Çingiz Mustafayev 1992-ci ilin iyun ayının 15-də Ağdamın Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olub. Həlak olan Çingiz sonadək kameranı söndürməyib.
Şəhid jurnalistə 1993-cü ildə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib.
Onu da qeyd edək ki, bu gün Azərbaycanda Çingiz Mustafayev adına radiostansiya və fond fəaliyyət göstərir.