Jurnalist Fövqəladə Hallar Nazirliyi əməkdaşının hücumuna məruz qalıb

İyunun 14-də “Azadlıq” radiosunun bölgə müxbiri Azər Əli peşə fəaliyyətini yerinə yetirən zaman fiziki hücuma məruz qalıb. Bu barədə bu gün (14 iyun) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin özü məlumat verib. Jurnalist Azər Əlinin sözlərinə görə, bu gün  Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov Salyan şəhərində sakinlər ilə görüş keçirib, ancaq media nümayəndələrinin görüşü izləməsinə imkan verilməyib.

“Nazirin qəbulundan çıxan vətəndaşlardan müsahibə götürmək istəyirdim. Bu zaman FHN əməkdaşı tərəfindən küçə söyüşləri ilə təhqir olunaraq ərazidən uzaqlaşdırıldım” –deyə jurnalist bildirib.
RATİ hadisəyə aydınlıq gətirilməsi üçün FHN-nin mətbuat xidməti ilə əlaqə saxlama cəhd etsə, nazirlik edilən təkidli zənglərə cavab verməyib.

Previous Post

Jurnalist Çingiz Mustafayevin şəhid olmasından 21 il ötür

Next Post

Azərbaycan Hökuməti Mehman Hüseynovun ölkədən çıxış qadağasını ləğv etməlidir

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.