Həbsdəki Bloggerdən qan nümunəsi götürülüb

486634_498355883534449_559866860_n

İyunun 12-də həbsdə olan blogger Rəşad Ramazanovdan narkoman olub-olmamasını müəyyən etmək üçün qan nümuməsi götürülüb. Bu barədə bu gün (13 iyun) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) bloggerin vəkili Rövşən Şirəliyev məlumat  verib.

Vəkil bu gün Bakı İstintaq Təcridxanasında bloggerlə görüşdüyünü və onun səhhətinin normal olduğunu  bildirib.

“Müstəntiq Rəşadın narkoman olub-olmaması ilə bağlı ekspertiza təyin edib. Rəşaddan qan nümunəsi götürülüb. Analizlərin cavabını gözləyirik”,-deyə vəkil qeyd edib.

Vəkil onu da əlavə edib ki, Rəşadın cinayət işinin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən alınıb Baş Prokurorluğa verilməsi ilə bağlı vəsatət verəcəyik.

Xatırladaq ki, mayın 9-da dindar blogger Rəşad Ramazanov (Rəşad Həqiqət Ağaaddin) “20 yanvar” metrostansiyası yaxınlığında saxlanılaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib. Bloggerin üzərində axtarış aparılıb və üzərindən 9 qram heroin müsadirə edildiyi bildirilir. Ramazanov bu ittihamı təkzib edir. Təqsiri sübuta yetirilərsə, Rəşad Ramazanovun  əmlakı müsadirə edilməklə 12 ilədək azadlıqdan məhrum ediləcəyi gözlənilir. Mayın 20-də Rəşad Ramazanov Bakı İstintaq Təcridxanasına köçürülüb.

Qeyd edək ki, Rəşad Həqiqət Ağaaddinin (Rashad Heqiqet Ağaaddin) (Ramazanov)rəsmi facebook səhifəsində (http://on.fb.me/12G0WJE) hazırkı hakimiyyəti sərt tənqid edən məqalə və statuslar əsas yeri tutur və onlarda azadlıq və ədalət mövzuları müəllif tərəfindən sərt mövqedə  əks olunub.

Previous Post

Jurnalist mühafizə orqanlarından təhlükəsizliyinə təminat istəyib

Next Post

Jurnalist Çingiz Mustafayevin şəhid olmasından 21 il ötür

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.