RATİ-nin əməkdaşı Rəsul Cəfərovun təkrar müraciəti əsasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Naxçıvan Muxtar Respublika Daxili işlər naziri Əhməd Əhmədova müraciət ünvanlayıb.
Cəfərov isə 6 yanvar 2011-ci ildə yenidən Ombudsmana müraciət edərək, Əlisoyun qeyri-qanuni ticarətlə məşğul olma barədə iddiaların əsassız olduğunu bildirmiş və Əlisoyun ticarətlə məşğul olmasına görə vergi ödəyicisi kimi uçota alındığını təsdiq edən şəhadətnamənin surətini müraciətə əlavə etmişdir. Ombudsman öz növbəsində “Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Qanunun 12.2.5-ci maddəsinə əsasən bu məsələnin araşdırılması və məlumat verilməsi üçün Naxçıvan Daxili İşlər nazirinə müraciət edib.
* “Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Qanunun 12.2.5-ci maddəsi ilə Ombudsmanın aşağıdakı hüququ nəzərdə tutulmuşdur:
“Şikayətdə əks etdirilmiş halların yoxlanılması üçün müvafiq orqanlara tapşırıq vermək (yoxlama, qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən orqana və ya vəzifəli şəxsə tapşırıla bilməz).