“HÜRRİYYƏT” QƏZETİNİN GƏNCƏDƏ YAYIMI İLƏ BAĞLI ZİDDİYYƏTLİ MƏLUMATLAR VAR

 “Gəncədə “Hürriyyət” qəzetinin satışına süni maneələr törədilir”. Bu barədə “Hürriyyət” qəzetinin 03 may tarixli sayında məlumat verilir.

Xəbərə görə, məşhur idmançı, Azərbaycan Taekvando Federasiyasının birinci vitse-prezidenti Fizuli Musayevin Qədir adlı bacısı oğlu Gəncədə qəzet satışı ilə məşğul olan yayım firmalarının əməkdaşlarına özünün MTN əməkdaşı olduğunu bildirərək hər gün qəzetin bütün nüsxələrini satışdan yığır. Cəmi 20 qəzetin pulunu verən Qədir qəzet satanlara bildirir ki, Gəncəyə 20-dən artıq qəzetin gətirilməsinə qadağa qoyub. Qəzetin yazdığına görə, hətta köşklərindən də “Hürriyyət” qəzeti yığılır.
      Mövzu ilə bağlı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) apardığı araşdırmalar isə qəzetin yazdıqlarını təsdiqləmədi. Gəncə  şəhər sakini İmamverdi  Vəliyevin RATİ-yə verdiyi məlumata görə, “Hürriyyət” qəzeti bu gün (03 may) satışda olub.
      “Qaya” mətbuat yayımının  direktoru Xanhüseyn Əliyev də RATİ-nin əməkdaşı ilə söhbətində Gəncədə “Hürriyyət” qəzetinin satışı ilə bağlı heç bir problemin olmadığını bildirdi.

Previous Post

“AZƏRBAYCAN” QƏZETİNİN REDAKTORUNA GÖRƏ AZƏRBAYCANDA MƏTBUAT AZADDIR

Next Post

İDDİAÇI BARIŞIĞA RAZI OLMADI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.