2012-Cİ İLİN 12 ƏN QABAQCIL İNSAN HAQLARI FƏALI SIRASINDA İDRAK ABBASOV DA VAR

2012-ci il silahlı münaqişələrin, hökumətin təzyiqlərinin və yeni mürtəce qanunların fonunda fundamental insan hüquqlarının və azadlıqlarının müdafiəsi üçün çalışan hüquq müdafiəçiləri üçün çətin bir il oldu. 10 dekabr “Beynəlxalq İnsan Hüquqları Günü” ilə bağlı olaraq Azad Avropa/Azadlıq Radiosu 2012-ci ilin ən fəal demokratiya və insan haqları müdafiəçilərinin adlarını açıqlayıb.  

12 nəfərlik siyahıda Azərbaycanlı jurnalist İdrak Abbasovun da adı var. Qeyd olunur ki,  Abbasov 2012-ci ilin aprel ayında Bakı ətrafı qəsəbələrdən birində Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən yaşayış evlərinin sökülməsi zamanı çəkiliş apararkən ARDNŞ-in 20-yə yaxın təhlükəsizlik əməkdaşı tərəfindən vəhşicəsinə döyülmüş və xəstəxanaya yerləşdirilmişdir. İnsan hüquqlarını müdafiə təşkilatları və Avropada Təlükəsizlik və Əməkdaşlıq Təşkilatı bu hücumu qınadı. İdrak Abbasov avtoritar ölkə olan Azərbaycanın azsaylı müstəqil nəşrlərdən biri olan “Zerkalo” qəzetinin müxbiri və Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun yaradıcılarındandır. Mart ayında jurnalist fəaliyyətinə görə  azad sözü müdafiə təşkilatı olan “Senzura İndeksi”nin ifadə azadlığı mükafatına layiq görülmüşdür.
Previous Post

NAXÇIVANDA HƏYƏCAN DAVAM EDİR

Next Post

OBYEKTİV TV-NİN NAMİZƏDLİYİ SÖZ AZADLIĞI İNDEKSİ – 2013 MÜKAFATINA İRƏLİ SÜRÜLÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.