AZƏRBAYCAN MƏTBUAT ŞURASI “REKET” QƏZETLƏRİN SİYAHISINI AÇIQLAYIB

Azərbaycan Mətbuat Şurası “reket” qəzetlərin siyahısını açıqlayıb.

Bu barədə  RATİ-yə  Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə məlumat verib. Onun sözlərinə görə, bu qəzetlər Mətbuat Şurasına daxil olan  yazılı və şifahi şikayətlər əsasında  müəyyənləşdirilib: “Həmin qəzetlərin əməkdaşları  əsasən şəxsi maraqları naminə ayrı-ayrı şəxsləri hədələməklə və şantaj etməklə pul tələb edirlər”.
R. Hüseynzadənin  sözlərinə görə, bunlar “Böyük Naxçıvan”, “Dəryaz”, “Gündəm”, “Ədalət uğrunda”, “Media Azərbaycan”, “Yeni dövr”, “Azərbaycan gəncliyi”, “Jurnalist və qanun”, “Vətən andı”, “Ailə”, “İdeal Azərbaycan”, “Vətəndaş hüququ”, “İdeal”, “Xüsusi təhqiqat”, “Taran”, “Aydın Azərbaycan”, “Naxçıvan press”, “Azad press”, “Avrotayms”, “Kadr və tərəqqi”, “Açıq fikir”, “Radikal”, “Azadlıq və zaman”, “Kriminal aləm”, “Fakt”, “Fakt+fakt”, “Müstəqil dövlət”, Müasir Naxçıvan”, “Nurlu səhər”, “Azərbaycan yolu”, “Dünyaya Qarabağ harayı”, “Həftə sonu”, “Xalq vəkili”, “Regionun səsi” və “Yeni Azərbaycan dünyası” qəzetləridir.
Həmin qəzetlərdən bəzilərinin barəsində olan məlumatların hüquq-mühafizə orqanlarında araşdırılması da tövsiyə edilib. Bunlar “Naxçıvan press”, “İdeal”, “Kriminal aləm”, “Radikal”, “Avrotayms”, “Taran”, “Xüsusi təhqiqat”, və “Media Azərbaycan” qəzetləridir.
Previous Post

BEYNƏLXALQ İCTİMAİYYƏT XARİCİ RADİOSTANSİYALARIN FM DALĞASINDA YAYIMLANMASINI QADAĞAN EDƏN QƏRARI QINAMAQDA DAVAM EDİR

Next Post

“İCTİMAİ TELEVİZİYA”DA REFERENDUMLA BAĞLI MÜZAKİRƏLƏR ÜÇÜN PULSUZ EFİR VAXTI AYRILACAQ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.