Azadlıq qəzetinin bank hesabına həbs qoyuldu

1

Yasamal Rayon Məhkəməsinin qərarı ilə “Azadlıq” qəzetinin bank hesabına həbs qoyulub. Bu barədə bu gün (16 aprel) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev məlumat verib. R. Hacıyevin sözlərinə görə,  həbs qərarı Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun qəzetə qarşı təmin edilmiş iddiasının icrası məqsədi daşıyır:

“Bununla bağlı Yasamal rayon məhkəməsinə şikayət vermişdik. Görünür, nəzərə alınmayıb və nəticədə artıq  qəzetin bank hesabına həbs qoyulub. Təbii ki, lazımi hüquqi addımlar atılacaq”,-deyə Hacıyev qeyd edib.

.Xatırladaq ki,  “Azadlıq” qəzetinin 8 aprel 2012-ci tarixli buraxılışında “Tağı Əhmədov 5 qəpikləri mənimsədi” başlıqlı yazıda metropolitendə qiymətlər 20 qəpik olandan sonra, əvvəlcədən yüklənilmiş gedişlərdəki əlavə 5 qəpiklərdən istifadə edilməsinin mümkün olmadığı göstərilib. Tağı Əhmədov isə həmin məqalədə ona böhtan atıldığını, şərəf və ləyaqətinin alçaldığını hesab etdiyindən qəzetə qarşı iddia qaldıraraq təkzib verilməsi və 200 min manat təzminat ödənilməsi ilə bağlı qərar çıxarılmasını istəmişdi. Məhkəmə 13 iyun 2012-ci il tarixdə  “Azadlıq” qəzetinin təkzib verməsi və qəzetin Tağı Əhmədova 30 min manat təzminat ödəməsi ilə bağlı qərar qəbul edib. Sentyabrın 13-də Bakı Apellyasiya Məhkəməsi bu qərardan verilən apellyasiya şikayətini təmin etməyib. Ali Məhkəmə 14 fevral 2013 tarixində kassasiya şikayətini təmin etməyib. Aprelin 5-də Yasamal Rayon İcra Şöbəsindən “Azadlıq” qəzetinin redaksiyasına bildiriş daxil olub və bildirişdə 10 gün müddətində qərarı icra etməli olduğu, bu müddət keçdikdən sonra isə icranın məcburi qaydada təmin ediləcəyi qeyd olunub

Previous Post

İmişli icra başçısı informasiya agentliyini məhkəməyə verib

Next Post

Hilal Məmmədovun məhkəməsində ekspert dindirilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.