
Xatırladaq ki, Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 321.1-ci (hərbi xidmət keçməkdən boyun qaçırma) maddəsi ilə ittiham olunur. Barəsində 1 aylıq həbs qərarını martın 4-də Gəncə şəhər Nizami rayon Məhkəməsi çıxarıb. 2010-cu ilin noyabrında keçirilmiş parlament seçkisində 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizəd olmuş Bəxtiyar Hacıyev seçkidən bir neçə gün sonra, noyabrın 17-də təhsilini davam etdirmək üçün Gürcüstana getmək istəyərkən Qazax rayonunun Qırmızı Körpü sərhəd-keçid məntəqəsində saxlanmışdı. O zaman Konstitusiya Məhkəməsi seçkinin nəticələrini hələlik təsdiq etmədiyindən deputatlığa namizəd statusunda olan Bəxtiyar Hacıyev bir gün sonra həbsdən azad edilmişdi. Hüquq müdafiəçilərinin fikrinə görəsə Bəxtiyar Hacıyevin sosial şəbəkələrdəki fəallığına və xüsusilə bir qrup gəncin başladığı “11 mart böyük xalq günü” kampaniyasına texniki dəstək verdiyi üçün həbs edilib.