BAŞ PROKURORLUQ AQİL XƏLİL BARƏDƏ MƏLUMAT ALMAQ ÜÇÜN MƏTBUAT ŞURASINA MÜRACİƏT EDİB

may 14th, 2008

Baş Prokurorluq “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlil barədə məlumat almaq məqsədilə Mətbuat Şurasına (MŞ) müraciət edib.

Müraciətdə Şuranın A.Xəlilə jurnalist statusunu təsdiq edən vahid kartın verilib-verilməməsi haqqında məlumat vermək xahiş olunur.  Bu haqda məlumatı RATİ-yə MŞ-nın katibi Rəhim Hüseynzadə verib: “Biz prokurorluğun informasiya sorğusuna cavab vermişik. Öz cavabımızda bildirdik ki, “Azadlıq” qəzetinin rəhbərliyi nə Aqil Xəlilə, nə də qəzetin digər əməkdaşlarına vahid press kartın verilməsi ilə bağlı Mətbuat Şurasına müraciət etməyib. Sözügedən qəzetin əməkdaşı qəzetin ona verdiyi kartdan istifadə edir”.