Baş redaktoru həbs etdirən Gülər Əhmədova həbs olundu

guler ehmedova

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının ondan rüşvət istədiyini iddia edərək  onu həbs etdirən sabiq deputat Gülər Əhmədova Fevralın 13-də axşam saatlarında həbs olunub. Azərbaycan Respublikası Baş Prokurorluğunun yaydığı məlumatda bildirilir ki, Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən Gülər Əhmədova ilə bağlı KİV-də yayımlanmış videoçəkilişlərdə əks olunan məlumatlar əsasında toplanmış material üzrə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanmışdır. Məlumatda həmçinin Gülər Əhmədovanın dələduzluqda ittiham olunaraq axtarışa verilmiş S.Babayevanın tutulmasına aktiv mane olmasına görə, qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmədə ittiham olunduğu qeyd olunur.

G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 və 307.2 maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilmişdir.

Xatırladaq ki, Əvəz Zeynallı Gülər Əhmədovanın şikayəti ilə 2011-ci il oktyabrın 28-də həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213.1-ci  (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb. Fevralın 13-də dövlət ittihamçısı Əvəz Zeynallıya 11 il həbs cəzası istəyib.

Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları bu ittihamları saxta hesab edir və Əvəz Zeynallının hakimiyyətə qarşı tənqidi yazlılarına görə həbs olunduğunu bəyan edirlər.

Previous Post

Bəyanat: Əvəz Zeynallıya azadlıq! Müstəqil mediaya hücumlara son qoyun!

Next Post

“Azadlıq” qəzetinin 30 min manat cəriməsi qüvvədə qaldı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.