“Azadlıq” qəzetinin 30 min manat cəriməsi qüvvədə qaldı

1

Fevralın 14-də Ali Məhkəmədə hakim Tatyana Qoldmanın sədrliyi ilə keçirilən prosesdə “Azadlıq” qəzetinin kassasiya şikayəti təmin edilməyib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verən qəzetin vəkili Fariz Namazlı bildirib ki, Tağı Əhmədovanın iddiasına əsasən qəzetə qarşı çıxarılmış 30 min manat cərimə cəzası qüvvədə qalıb.

Xatırladaq ki, “Azadlıq” qəzetinin 2012-ci il aprel sayında dərc olunmuş “Tağı Əhmədov 5 qəpikləri mənimsədi” sərlövhəli yazıya görə, metropoliten rəisi məhkəməyə müraciət edərək qəzetin 200 min manat cərimələnməsini tələb etmişdi. Yasamal Rayon Məhkəməsi 2012-ci ilin iyun ayında iddianı qismən təmin edərək, qəzetin üzərinə 30 min manat təzminat ödəmək vəzifəsi qoymuş, sentyabrın 13-də isə Bakı Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlamışdı.

Previous Post

Baş redaktoru həbs etdirən Gülər Əhmədova həbs olundu

Next Post

Baş redaktor hədələndiyini bildirir

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.