Beynəlxalq təşkilatlar Xədicə İsmayılova üçün ədalət tələb edir

566A4E20-FA7C-42BF-8338-F8FAD6C1546D_w640_r1_s

Azad Avropa radiosu və Azadlıq Radiosuna istinadən verilən məlumata görə on bir aparıcı Beynəlxalq İnsan Haqları Təşkilatları Azərbaycan prezidenti İlham Əliyevi Azad Avropa və Azadlıq radiosunun jurnalisti Xədicə İsmayılovaya qarşı olan qarayaxma kompaniyasına son verməyə çağırıb.

Prezident İlham Əliyev və Baş Prokuror Zakir Qaralova ünvanlanmış məktubda qrup onları Xədicə İsmayılovaya qarşı edilən təhdidlərə qarşı çevik və geniş istintaq başlatmağa çağırır.

“Azərbaycan Respublikasının demokratik cəmiyyətin effektiv fəaliyyəti və fərdi insan ləyaqəti üçün vacib olan  şəxsi həyatın toxunulmazlığı və ifadə azadlığını qorumaq və onlara hörmət etmək kimi birmənalı beynəlxalq öhdəlikləri var. Baxmayaraq ki, Azərbaycan rəhbərliyi keçmişdə bir sıra hallarda demokratikləşmə və insan hüquqları öhdəliklərinə bağlılığını bildirmişdir, bu öhdəlikləri doğrultmaq üçün hələ çox işlər görülməlidir“, – deyə məktubda qeyd edilib.

Məktubu  (Article 19 (19-cu Maddə), Civil Rights Defenders (Mülki Hüquqların Müdafiəçiləri təşkilatı), Human Rights House Foundation (İnsan Hüquqları Evi Fondu), Human Rights Watch (İnsan Hüquqlarına Nəzarət), International Media Support (Beynəlxalq Media Dəstəyi), Media Diversity Institute (Media Fərqliliyi İnstitutu), Norwegian Helsinki Committee (Norveç Helsinki Komitəsi), Open Society Foundations (Açıq Cəmiyyət İnstitutları), PEN International (Beynəlxalq Yazarlar, Şairlər, Esseçilər təşkilatı), People in Need Organisation (Yardıma Ehtiyacı olan İnsanlar) və Reporters without Borders (Sərhədsiz Reportyorlar) təşkilatı imzalayıb.

Previous Post

İnternet haqqında yeni qanunun qəbulu nəticəsində Azərbaycan Söz Azadlığı sahəsində geriləyir

Next Post

Seçki ərəfəsində ifadə azadlığına təzyiqlərin artdığı bir vaxtda Azərbaycan hökuməti tənqidi saytların “ovuna ” çıxıb

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.