BU GÜN NAXÇIVANDA ÜÇ JURNALİST DÖYÜLÜB, AVADANLIQLARI İSƏ “MÜSADİRƏ” EDİLİB

Bu gün (27 avqust) səhər saatlarında Naxçıvanın Nehrəm kəndində polislə kənd sakinləri arasında qarşıdurma baş verib (Bu haqda daha sonra məlumat verəcəyik – RATİ).

Hadisə yerindən reportaj hazırlayan “Azadlıq və Azad Avropa” radiosunun müxbirləri Məlahət Nəsibova, İlqar Nəsibov, habelə RATİ-nin Naxçıvan üzrə bölgə müxbiri Elman Abbasov döyülüblər.  Bu haqda məlumatı RATİ-yə Naxçıvan üzrə bölgə müxbirimiz Elman Abbasovun özü verib:
”Bizə hadisə yerində kənd icra nümayəndəliyinin əməkdaşları, bələdiyyə sədri və mülki geyimli şəxslər hücum etdilər. Bizə hücum edən bu 7-8 nəfər həm də sərxoş vəziyyətdə idilər. Hadisə zamanı özümüzlə apardığımız kamera və diktafon da həmin şəxslər tərəfindən alındı. Hələ də avadanlıqlarımız geri qaytarılmayıb. Hadisəni müşahidə edən polislər isə baş verənlərə müdaxilə etmədilər”.
Hadisə ilə əlaqədar olaraq Nehrəmdəki polis məntəqəsinə şikayət edən jurnalistlərin ərizəsi isə qəbul edilməyib.
Previous Post

RATI-NIN BƏYANATI

Next Post

BU GÜN NAXÇIVANDA ÜÇ JURNALİST DÖYÜLÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.