BUZOVNA BƏLƏDİYYƏSİ “YENİ MÜSAVAT”LA BAĞLI MƏTBUAT ŞURASINA ŞİKAYƏT EDİB

Buzovna qəsəbə bələdiyyəsinin üzvləri “Yeni Müsavat” qəzeti ilə bağlı Mətbuat Şurasına şikayət ediblər.

Şikayətə səbəb “Yeni Müsavat” qəzetinin 14 oktyabr, 05 və 06 noyabr 2008-ci il tarixli  saylarında Buzovna bələdiyyəsi ilə bağlı dərc olunan yazılardır. Yazılarda adıçəkilən bələdiyyənin total şəkildə qanunsuz torpaq və obyekt satışı ilə məşğul olduğu barədə məlumatlar yer alıb.
“Yeni Müsavat” qəzetinin baş redaktorunun müavini Azər Ayxanın RATİ-yə verdiyi məlumata görə, qəsəbədən hazırlanan reportajdakı faktlar onlara yerli sakinlər, bələdiyyədə təmsil olunan və redaksiyaya şikayət məktubunu imzalayan şəxslər tərəfindən verilib.  Ayxan vurğulayıb ki,  “Yeni Müsavat” qəzeti məsələ ilə bağlı bu gün (25 noyabr) Mətbuat Şurasına məktub ünvanlayacaq.
Buzovna bələdiyyəsi sədrinin müavini Əfrasiyəb Əmirov isə RATİ-nin əməkdaşı ilə söhbətində bildirib ki, sözügedən yazıların həqiqətə uyğun olmadığı üçün Mətbuat Şurasına müraciət edilib.
Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə isə bu məsələ ilə bağlı araşdırma aparıldığını RATİ əməkdaşlarına bildirilib.

Previous Post

QƏZET REDAKSİYASINA HƏDƏLƏYİCİ ZƏNGLƏR EDİLİR

Next Post

ABŞ-IN HELSİNKİ KOMİSSİYASI PREZİDENT İLHAM ƏLİYEVƏ MƏKTUB ÜNVANLAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.