CÜMHURİYYƏT DÖVRÜNDƏ MƏTBUAT AZADLIĞI” MÖVZUSUNDA TƏDBİR KEÇİRİLİB

Bu gün AXCP Gənclər Komitəsi “Xalq cümhuriyyətində mətbuat azadlığı” mövzusunda dəyirmi masa keçirib.

Tədbirdə 1918-20-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikası (ADR) dövründə söz və mətbuat azadlığının vəziyyəti müzakirə olunub.
Tədbirdə çıxış edən “Azadlıq” qəzetinin yazarı Xaliq Bahadur ADR dövründə söz və mətbuat azadlığının geniş vüsət aldığını vurğuladı: “Həmin dövrlərdə jurnalistlərə, söz və mətbuat azadlığına o qədər önəm və yer verilirdi ki, hökumətə qarşı yazılar da səngimirdi. Lakin hökumətin həmin yazılardan qorxusu yox idi. Çünki həmin hökumət oğru deyildi və onların gizlətmək istədiyi bir şey də yox idi”.
    Dəyirmi masada çıxış edən digər şəxslər ADR dövründə dərc edilən qəzetlər və jurnalistikanın vəziyyəti ilə bağlı məlumat verdilər.

Previous Post

ELÇİN BEHBUDOV HƏBSDƏKİ JURNALİSTLƏRLƏ GÖRÜŞÜB

Next Post

“MƏLUMATSIZ CƏMİYYƏT İQTİDARIN GÜNAHIDIR”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.