ELÇİN BEHBUDOV HƏBSDƏKİ JURNALİSTLƏRLƏ GÖRÜŞÜB

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov bu gün (21 may) 12 saylı Cəzaçəkmə müəssisəsində saxlanılan "Gündəlik Azərbaycan" və "Realniy Azerbaydjan"  qəzetlərinin baş redaktoru Eynulla Fətullayev və  14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan “Azadlıq” qəzetinin yazarı, satirik-şair Mirzə Sakitlə (Sakit Zahidov) görüşüb.                       

Bu barədə RATİ- yə Behbudovun özü məlumat verib. Onun sözlərinə görə, jurnalistlər saxlanma şəraitlərindən və cəzaçəkmə müəssisəsi administrasiyasının onlara qarşı olan münasibətdən narazı deyillər: “Yalnız Mirzə Sakit əsəbilikdən əziyyət çəkdiyini dedi”, – deyə Behbudov əlavə etdi.

Previous Post

RƏSMİ BAKI HƏMMƏRUZƏÇİLƏRİN SON TÖVSİYƏLƏRİNDƏN NƏTİCƏ ÇIXARMAQ FİKRİNDƏ DEYİL

Next Post

CÜMHURİYYƏT DÖVRÜNDƏ MƏTBUAT AZADLIĞI” MÖVZUSUNDA TƏDBİR KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.