“MƏLUMATSIZ CƏMİYYƏT İQTİDARIN GÜNAHIDIR”

“Belarusda və Azərbaycanda insanlar azadlıq haqqında fikirləşirlər.

Bizim vəzifəmiz onları dəstəkləməkdir. Məlumatsız cəmiyyət iqtidarın günahıdır. Biz idarəolunan azadlığın əleyhinəyik. Bu Asiya adət-ənənəsidir və Qərb güzəştə gedərək öz dəyərlərini itirməməlidir”.  “Novoe vremya” qəzetinin məlumatına görə, bunu mayın 19-da Hamburqda  Herd  Butserius adına  “Şərqi Avropanın azad mətbuatı“ illik mükafatın təqdimetmə mərasimindəki çıxışında  keçmiş Almaniya Federativ Respublikasının xarici işlər naziri olmuş Yoşka Fişer deyib.
  “Biz söz azadlığı yolunda həyat və sağlamlığı ilə risk edən cəsur jurnalistləri dəstəkləyirik. Ölkələr var ki, orada jurnalistləri hədələyirlər və orda diktatura mövcuddur. Hamı bilməlidir ki, azad mətbuat pis ola bilər, amma azad olmayan mətbuat həmişə pisdir”, – deyə qeyd edən Fişer habelə bəyan edib ki, bu mükafat yalnız jurnalistlərə yox, eləcədə  də öz həyatı və sağlığı bahasına azadlığı qoruyanlara verilir. 
  Qeyd edək ki, bu il sözügedən mükafata azərbaycanlı jurnalist, “Zerkalo” qəzetinin siyasi icmalçısı Rauf Mirqədirov da layiq görülüb.

Previous Post

CÜMHURİYYƏT DÖVRÜNDƏ MƏTBUAT AZADLIĞI” MÖVZUSUNDA TƏDBİR KEÇİRİLİB

Next Post

AQİL XƏLİLİN İDDİASI ƏSASINDA MƏHKƏMƏ PROSESİ GƏLƏN AYIN SONUNA QALDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.