ELMAR HÜSEYNOVUN ÖLÜMÜNDƏN 4 İL ÖTÜR

Bu gün (2 mart) “Monitor” jurnalının mərhum baş redaktoru Elmar Hüseynovun ölümünün 4 illiyi ilə əlaqədar jurnalistin xatirəsi onun məzarı önündə yad olundu.

urnalistin qəbrini yüzdən atıq ziyarət edən şəxslər arasında ölkənin tanınmış ictimai siyasi xadimləri, jurnalistin ailə üzvləri və dostları, KİV rəhbərləri, jurnalistlər və xarici diplomatik korpusun nümayəndələri var idi.
Çıxış edənlər Elmar Hüseynovun qətlini pislədilər və onun qatillərinin tezliklə tapılmasını tələb etdilər.
Xatırladaq ki,"Monitor" jurnalının baş redaktoru E.Hüseynov 2005-ci il martın 2-də  evinin qarşısında qətlə yetirilib. Qətlin sifarişçiləri və icraçıları bu vaxta kimi hələ də tapılmayıb.
Previous Post

ELMAR HÜSEYNOVUN ÖLÜMÜNDƏN 4 İL ÖTÜR

Next Post

MÜBARİZ MƏSİMOĞLUNA QARŞI MƏHKƏMƏ İŞİ BAŞQA HAKİMƏ VERİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.