Bəzi beynəlxalq təşkilatlar bundan alver vasitəsi kimi istifadə etməyə cəhd göstərirlər. Bu məsələni bağlamaq lazımdır. Beynəlxalq təşkilatlara məsləhət görərdim ki, bu məsələdən Azərbaycan təzyiq kimi istifadə olunmasın. Adları siyasi məhbus siyahısında olanlardan iki məhbus İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa görə məhkum edilib. Onların adının siyahıya düşməsi təəccüb doğurur”. İqtidar yönümlü “Səs” qəzetinin verdiyi xəbərə görə, bu sözləri Prezident Aparatının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov dünən (18 iyun) jurnalistlərə müsahibə verərkən söyləyib.
AŞPA-nın Azərbaycanla bağlı siyasi məhbus üzrə məruzəçinin təyin olunması məsələsinə toxunan F. Ələsgərov hesab edib ki, bu məsələ də gündəlikdən çıxarılmalıdır. O hesab edib ki, ümumiyyətlə Azərbaycanda siyasi məhbus yoxdur.