JMK XƏLİLİN ÖLKƏDƏN BURAXILMAMASINI SOVET DÖVRÜNÜ XATIRLADAN HADİSƏ ADLANDIRIB

Jurnalistləri Müdafiə Komitəsi (JMK) “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlilin dünən Heydər Əliyev adına Beynəlxalq hava limanında saxlanmasından və ölkədən çıxmasına əngəl törədilməsindən sonra bəyanat vermişdir.

Bəyanatda bildirilir ki, son 40 gündə müxalifətyönlü “Azadlıq” qəzetinin müxbiri Xəlil sərhəd rəsmiləri tərəfindən artıq üçüncü dəfə saxlanılır. Bakıda yerləşən RATİ-nin verdiyi məlumata əsasən o Fransaya səfərə gedirmiş və üstündə qanuni viza və tədbirə dəvət olub.
 “Azərbaycan rəsmilərinin əməkdaşımız Aqil Xəlillə bu cür rəftarı tamamilə qəbuledilməzdir və Sovet dövründəki hadisələri xatırladır. Onun hərəkət azadlığını məhdudlaşdırmaq üçün heç bir hüquqi əsas yoxdur. Hakimiyyət Xəlili girov saxlamaqdan əl çəkməli və ona ölkədən çıxmağa icazə verməlidir”, –  deyə JMK-in Avropa və Mərkəzi Asiya üzrə Proqram Əlaqələndiricisi Nina Oqnyanova bildirmişdir

Previous Post

STREKALİNİN MƏHKƏMƏSİ TƏXİRƏ SALINDI

Next Post

RATİ-NİN SƏDRİNƏ QARŞI “QARA PİAR” KAMPANİYASINA BAŞLANILIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.