STREKALİNİN MƏHKƏMƏSİ TƏXİRƏ SALINDI

Bu gün (20 iyun) Nəsimi Rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə "Azadlıq" qəzetinin əməkdaşı Aqil Xəlilin (Xəlilov) bıçaqlanmasında ittiham olunan Sergey Strekalinin işi üzrə məhkəmə prosesi təxirə salınıb. 

Prosesə gələn zərərçəkənin vəkili Elçin Sadıqov ABŞ-da səfərdə olduğundan və işlə tanış ola bilmədiyindən iclasın təxirə salınması üçün məhkəməyə yazılı vəsatət təqdim etdi. 
  Vəsatətə münasibət bildirən dövlət ittihamçısı Eldar Həmzəyev vəsatətə etiraz etmədiyini bildirdi.  
   Təqsirləndirilən şəxsin vəkili Akif Məlikov da zərərçəkmişin vəkilinin işlə tanış olması üçün məhkəmənin təxirə salınmasına etiraz etmədiyini dedi.
  Məhkəmə prosesi  iyun ayının 24-ü saat 11:30-a qədər təxirə salındı.
 Qeyd edək ki, saat 11:00-a təyin olunmuş məhkəmə prosesində təqsirləndirilənin vəkili Akif Məlikov prosesə gecikdiyinə görə 15 dəqiqəlik fasilə elan olundu.
   Xatırladaq ki, S. Strekalinin mart ayının 13-də "Azadlıq" qəzetinin əməkdaşı A. Xəlili bıçaqlamaqda təqsirli bilinərək Cinayət Məcəlləsinin 127.1 və 234.1-ci (narkotik maddələrin qanunsuz saxlanılması) maddəsi ilə ittiham edilir.
Foto şəkillər üçün bax: 
http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,64/
Video üçün bax:
http://www.youtube.com/watch?v=pIlaivCuY9k
IRFS©  www.irfs.az

Previous Post

“SƏS” QƏZETİNDƏ DƏRC EDİLƏN YAZI

Next Post

JMK XƏLİLİN ÖLKƏDƏN BURAXILMAMASINI SOVET DÖVRÜNÜ XATIRLADAN HADİSƏ ADLANDIRIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.