Jurnalistə qarşı yen ittihamlar irəli sürüldü

Nicat Əliyev

Yanvarın 26-da “Azadxeber.org” saytının baş redaktoru, jurnalist Nicat Əliyev qarşı əlavə ağır ittihamlar irəli sürülüb.  Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin vəkili Anar Qasımlı məlumat verib.“Hüquqlarını müdafiə etdiyim jurnalist Nicat Əliyevə Azərbaycan Respublikası Cinayət167-2.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə, satma və ya yayma), 281.2-ci (bir qrup şəxs tərəfindən hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) və 283.2.3-cü (mütəşəkkil dəstə tərəfindən milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddələri ilə yeni ittihamlar irəli sürülüb. ” – deyə vəkil Anar Qasımlı bildirib.

Vəkil qeyd edir ki, yeni ittihamların yanvarın 24-də AŞPA-da siyasi məhbuslar üzrə məruzənin qəbul edilməməsindən 2 gün sonra irəli sürülməsi AŞPA həmməruzəçisi Ştrasserin “siyasi məhbus” siyahısında Nicat Əliyevə qarşı hakimiyyətin mövqeyini ortaya qoyur.

Xatırladaq ki, 2012-ci may ayının  20-də axşam saat 19-20 radələrində İslam dini yönlü “azadxeber.az” saytının baş redaktoru Nicat Əliyev “Memar Əcəmi” metro stansiyası yaxınlığında yerləşən “Killer” kişi geyimləri mağazasının qarşısında saxlanılaraq Yasamal rayonu Polis İdarəsinin 27-ci Polis Bölməsinə aparılıb. Daha sonra baş redaktora qarşı  Cinayət Məcəlləsinin (CM) 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham irəli sürülmüşdü.

Previous Post

AŞPA AZƏRBAYCAN HÖKUMƏTİNİ SƏYLƏRİ ARTIRMAĞA ÇAĞIRMAQLA YANAŞI MONİTORİNQİ DƏ DAVAM ETDİRMƏYİ PLANLAŞDIRIR

Next Post

HÜQUQ MÜDAFİƏÇİLƏRİ MÜBARİZƏNİ DAVAM ETDİRƏCƏK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.