HÜQUQ MÜDAFİƏÇİLƏRİ MÜBARİZƏNİ DAVAM ETDİRƏCƏK

 

AŞPA-nın Kristofer Ştrasserin Azərbaycanda siyasi məhbuslar haqqında məruzəsi üzrə qətnamə qəbul edilməməsi uğursuzluq deyil. Bu barədə çərşənbə axşamı RATİ-nin Media Mərkəzində bir qrup hüquq müdafiəçisinin keçirdiyi mətbuat konfransında deyilib.

Mətbuat konfransı Norveç İnsan Hüquqları Evi Fondunun filialı olan İnsan Hüquqları Evi ilə birgə keçirilib. Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynov bildirib ki, Azərbaycan üzrə məruzəçilər Qrex və Arqamuntun hesabatında siyasi məhbuslar məsələsi əksini tapıb. Ştrasserin məruzəsinin qəbul edilməməsinin səbəblərinə gəlincə, səbəblərdən biri AŞPA sessiyasına gələn Azərbaycan hakimiyyətinin və hökumətyönlü təşkilatların lobbiçiliyi olub. Lakin bütün bunlar heç də o demək deyil ki, siyasi məhbuslar məsələsi qapandı. Hüquq müdafiəçiləri Azərbaycanda siyasi məhbuslar üzrə xüsusi məruzəçi və ya siyasi məhbuslar üzrə vəziyyətə görə məsul şəxsin olmasına çalışacaqlar. “Vətəndaş cəmiyyətinin vəzifəsi bu istiqamətdə işi davam etdirməkdir”, deyə Hüseynov bildirib. Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı mətbuat konfransına telefon vasitəsilə qatılıb. O deyib ki, AŞPA sessiyasında eyni zamanda iki hesabatın müzakirəsi ümumi vəziyyətə təsir göstərib. Birinci hesabat üzrə qətnamədə Azərbaycanda siyasi müxalifətin fəaliyyəti üçün şərait, azad məhkəmələrin olmadığı, siyasi motivlərlə həbs edilənlərin mövcudluğu qeyd edilib. İnsan Hüquqları Evinin nümayəndəsi Şəhla İsmayılın sözlərinə görə, Azərbaycanda baş verənlər təmsil etdiyi təşkilatı narahat edir. O qeyd edib ki, İnsan Hüquqları Evi AŞ-da müzakirələrin yekunları və Ştrasserin məruzəsi üzrə Qətnamə qəbul edilməməsi ilə bağlı press-reliz yayıb. Press-relizdə şübhə doğuran bu qərardan təəssüf ifadə olunur, deyə Şəhla İsmayıl bildirib.

Previous Post

Jurnalistə qarşı yen ittihamlar irəli sürüldü

Next Post

BƏYANAT: AZƏRBAYCANDA JURNALİSTLƏRƏ QARŞI POLİS ZORAKILIĞI BİTMƏK BİLMİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.