AŞPA AZƏRBAYCAN HÖKUMƏTİNİ SƏYLƏRİ ARTIRMAĞA ÇAĞIRMAQLA YANAŞI MONİTORİNQİ DƏ DAVAM ETDİRMƏYİ PLANLAŞDIRIR

2013-cü il yanvarın 23-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda keçirilən qış sessiyasının plenar iclasında Azərbaycan üzrə iki məruzəyə baxılıb. Onlardan biri Monitorinq Komitəsinin məruzəçiləri Pedro Aqramunt (İspaniya) və Cozef Qrex (Malta) tərəfindən hazırlanmış məruzə Azərbaycanın Avropa Şurası qarşısında öhdəliklərini yerinə yetirməsi ilə bağlı idi. Siyasi məhbuslar haqqında ikinci məruzə alman deputatı Kristof Ştrasser tərəfindən tərtib edilib.Əvvəlcə məruzəçilər öz hesabatlarını təqdim ediblər. Daha sonra sənədlər paralel olaraq müzakirə olunub. Müzakirələr zamanı Arqamunt və Qrexin məruzəsi ümumilikdə dəstək tapıb. Ştrasserin hesabatı ətrafında müzakirələr tamamilə ziddiyyətli olub. Məruzəni həm dəstələyənlər, həm də əleyhinə çıxanlar olub.Səsvermənin yekununda Ştrasserin məruzəsini 74 deputat dəstəkləyib, 125 deputat isə əleyhinə səs verib və qətnamə qəbul edilməyib.

“Biz bugünkü səsvermədən təəssüf hissi keçiririk. Azərbaycan hökuməti lobbiçilik etməklə diqqəti ölkədə insan hüquqları ilə bağlı real vəziyyətdən kənarlaşdırmağı bacardılar. Bu mənfi nəticəyə baxmayaraq, biz Azərbaycanın insan haqları ilə bağlı öz öhdəliklərinə görə cavabdehlik daşıması üçün Avropa Şurası ilə əməkdaşlığımızı davam etdirəcəyik” deyə AŞPA sessiyasına qatılmış RATİ sədri Emin Hüseynov bildirib.

“Biz AŞPA-nı bütün mümkün vasitələrdən istifadə etməklə Azərbaycanda insan haqlarının, xüsusilə də siyasi məhbusların vəziyyətini araşdırmağa və lazımi təsiri göstərməyə çağırırıq” – deyə Hüseynov əlavə edib.

Aqramunt və Qrexin məruzəsi isə 196 səs lehinə, iki səs əleyhinə olmaqla qəbul edilib. AŞPA Azərbaycan hökumətini “demokratik təsisatların normal fəaliyyət göstərməsi üçün lazım olan sahələrdə qanunvericiliyin həyata keçirilməsi üçün səyləri artırmağa” çağırmış və bununla bağlı olaraq ölkənin öz öhdəliklərinə necə əməl etməsinin monitorinqinin aparılmasına davam etdirməyi qərara almışdır.

Qərarda Əsas azadlıqlar olan ifadə, sərbəst toplaşma və birləşmə, seçki azadlıqları ilə bağlı mövcud vəziyyətin  narahatlıq doğurduğu da qeyd edilir.

Qeyd edək ki, AŞPA-nın qış sessiyasında azərbaycanlı hüquq müdafiəçiləri –  Rəşid Hacılı, Rəsul Cəfərov və Məlahət Nəsibova da iştirak ediblər.

Previous Post

ƏVƏZ ZEYNALLININ DÖVLƏT İTTİHAMÇISINA ETİRAZI QƏBUL EDİLMƏDİ

Next Post

Jurnalistə qarşı yen ittihamlar irəli sürüldü

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.