JURNALİST BARƏDƏ YAYILMIŞ GİZLİ LENT YAZISINA GÖRƏ MƏHKƏMƏ PROSESİ BAŞLANDI

Bu gün (9 avqust) Yasamal rayon Məhkəməsində hakim Anar Rzayevin sədrliyi ilə jurnalist Natiq Güləhmədoğlunun (Ədilov) “Lider” televiziyası və “Afra otelə” qarşı qaldırdığı iddia üzrə məhkəmə hazırlıq iclası keçirildi.

Prosesdə iddiaçı N. Ədilov və nümayəndəsi İntiqam Əliyev iştirak etdiyi halda cavabdeh tərəfdən heç kim prosesə qatılmamışdı.

            İddiaçının nümayəndəsi İ.Əliyev vəsatət qaldıraraq, soyunma otağına otel işçilərindən kimlərin daxil olması və daxil olanların  qeydiyyatlarının  aparılırması, otaqlarda təhlükəsizlik kameralarının yerləşdirilməsinə dair  görüntülərin  şikayətçiyə təqdim edilməsini məhkəmədən xahiş etdi. İ. Əliyev eyni zamanda bu iş üzrə digər bir iddiaçı olan jurnalist Qan Turalın (Tural Cəfərov) işinin də eyni icraatda birləşdirilməsi barədə  hakimə müraciət etdi.

            Hakim A.Rzayev adıçəkilən iş üzrə icraat dayandırılaraq ekspertizaya göndərildiyindən bunun mümkün olmayacağını, işi baxışa təyin etdiyini deyərək prosesi 24 avqust saat 14:30-a təyin etdi.

            Xatırladaq ki, jurnalistlər 15 aprel 2011-ci il tarixində  Qan Turalı və  Natiq Ədilovun Oğuz rayonunda olan təlim zamanı yaşadıqları otel otağında gizli yerləşdirilmiş kamera vasitəsilə çəkilmiş videogörüntüləri “Lider” Televiziyasında yayımlanmışdı və Natiq Ədilov şəxsi həyatına hörmət hüququnun tanınması, cavabdehin üzərinə şikayətçidən üzr istənilməsi vəzifəsinin qoyulması, özəl həyatın toxunulmazlığı, şərəf və ləyaqətin müdafiəsinə dair iddiası ilə cavabdehlərin hər birindən onlara vurulan mənəvi ziyana görə 100 000 AZN təzminat ödənilməsi  barədə  tələblə Yasamal rayon Məhkəməsinə müraciət edib.

Previous Post

ENERJİ OĞURLUĞUNDA İTTİHAM EDİLƏN JURNALİSTİN MƏHKƏMƏSİ BAŞLAMAQ ÜZRƏDİR

Next Post

JURNALİST BARƏDƏ YAYILMIŞ GİZLİ LENT YAZISINA GÖRƏ MƏHKƏMƏ PROSESİ BAŞLANDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.