Jurnalist diffamasiya maddəsi ilə məhkəməyə verilib

qenimet-zahid1

Daxili İşlər Naziri Ramil Usubov və Fövqəladə Hallar Naziri  Kəmaləddin Heydərov “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidə qarşı xüsusi ittiham qaydasında məhkəmə iddiası qaldırıblar. Bu barədə bu gün (7 mart) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) qəzetin redaktoru Rahim Hacıyev məlumat verib.

R. Hacıyev bildirdi ki, hər iki nazir qəzetin 01 mart 2013-cü il tarixli sayında gedən  “Ramil Usubov Kəmaləddin Heydərova qəzəblənib” başlıqlı məqaləni (http://www.azadliq.info/siyast/27822-remil-usubov-kemaleddin-heyderov.html) əsas göstərərək, məhkəməyə müraciət ediblər. Belə ki,  fövqəladə hallar naziri K.Heydərov baş redaktorun Cinayət Məcəlləsinin 147.2 maddəsilə (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma— iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır), daxili  işlər naziri Ramil Usubov isə 147.1 maddəsilə (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma— yüz manatdan beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə) cəzalandırılmasını istəyir. Qəzetin redaktoru onu da qeyd etdi ki, qəzet rəhbərliyi lazımi hüquqi addımlar atacaq.

DİN-in mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə RATİ-yə məlumatı təsdiqləyərək, məlum yazı ilə bağlı Yasamal rayon Məhkəməsinə müraciət olunduğunu bildirdi.

Previous Post

RATİ İctimaiyyəti Beynəlxalq Qadınlar Günündə Azərbaycanda İfadə Azadlığının Xanım Müdafiəçilərinə Dəstəyə Çağırır

Next Post

İnsan hüquqlarının məhdudlaşdırılması fonunda müxalifyönlü televerilişin izlənməsinə qadağa

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.