JURNALİST NAZİRLƏ GÖRÜŞƏ BİLMƏYİB

Müstəqil şəkildə fəaliyyət göstərən jurnalist Məğrub Bədəlsoy RATİ-yə bildirib ki, o dekabrın 10-da Daxili İşlər nazirinin qəbuluna yazılıb.

“Bu gün (15 dekabr) isə qəbula düşmək üçün qəbul otağına getdim. Nazirin məni qəbul etməsinə az qalmış baş istintaq və təhqiqat idarəsinin əməkdaşları qəbul otağına gəlib məni zorla otaqdan çıxardılar. Həmin idarənin rəis müavini Habil Əlişanov isə polis çağırıb, məni həbs etməyə göstəriş verdi. Təbii ki, mən  getməyəcəyimi bildirdim. Bundan sonra mənə fiziki təzyiq göstərərək, polis maşınına mindirib, yaxınlıqdakı 9-cu polis bölməsinə apardılar. Mənə ən çox təsir edən oğlum yaşında olan gənc polislərin mənim ünvanıma söylədikləri təhqirləri oldu. Bölmədə 3 saatdan artıq  saxlanıldıqdan sonra sərbəst buraxıldım. Məni zorla qəbul otağından çıxaranda mən var gücümlə “Ramil Usubov məni qəbul et!”-deyə qışqırdım. Və nazirliyin qarşısında da bu hərəkəti bir neçə dəfə təkrar etdim”.

Previous Post

ACLIQ AKSİYASI DAYANDIRILDI

Next Post

YENİ QƏZET NƏŞR OLUNACAQ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.