Jurnalist polis təzyiqi ilə üzləşib

Əməkdaşımız sərbəst buraxıldı

Mayın 16-da “Həftə içi” qəzetinin əməkdaşı Qələndər Xaçınçaylı peşə fəaliyyətini yerinə yetirən zaman fiziki təzyiqə məruz qalıb. Bu barədə bu gün (16 may) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin özü məlumat verib. Jurnalist Q. Xaçınçaylının sözlərinə görə, bu gün “Elmlər Akademiyası” metro stansiyasının yaxınlığında olarkən, orada  polislə vətəndaşlar arasında qarşıdurma olduğunu görüb və hadisəni lentə almaq istəyərkən təzyiqlə üzləşib.

“Hadisə yerində bir qrup şəxsin  Ədliyyə Nazirliyinə şikayət üçün müraciət etdiyini öyrəndim. Əksəriyyəti qadınlar olan şəxslər nazirlikdən çıxdıqdan sonra sərnişin avtobusuna miniblər. Amma “Elmlər Akademiyası” metro stansiyasının yaxınlığında polis əməkdaşları avtobusu saxlatdırıb, şikayətçiləri yerə düşürüb. Polislər onlara “niyə şikayət edirsiz?” deyib. Bundan sonra vətəndaşlarla hüquq-mühafizə orqanı əməkdaşları arasında qarşıdurma olub. Həmin vaxt foto çəkirdim. 27-ci bölmənin polis serjantı Fuad vəsiqəmi alıb, məni də maşına basdı. Çəkdiyim fotoları sildilər. Sonra Yasamal Rayon Polis İdarəsinə apardılar. Rəis müavini Ələkbər Tağıyev mənə dedi ki, üzərinizdə media əməkdaşı olduğunuzu bildirən forma olmadığına görə şübhəli şəxs kimi saxlanılmışam. Bundan sonra üzr istəyib, buraxdılar. Halbuki üzərimdə jurnalist olduğumu təsdiqləyən vəsiqəm vardı” –deyə Q. Xaçınçaylı bildirib.

Hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsindən məlumat almaq istəsək də,  RATİ-yə məsələ barədə məlumatsız olduqlarını deyiblər.

Previous Post

Jurnalist ona edilən hədələrlə bağlı dindirilib

Next Post

Əvəz Zeynallı cəzaçəkmə müəssisəsinə köçürülüb

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.