JURNALİSTİN KASSASİYA ŞİKAYƏTİ TƏMİN EDİLİB

Bu gün (24 dekabr) Ali Məhkəmədə hakim Vafəddin İbayevin sədrliyi ilə “Yüksəliş naminə” qəzetinin müxbiri Elçin Həsənovun kassasiya şikayətinə baxılıb.

 Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna məlumat verən Elçin Həsənov bildirdi ki, hakim kassasiya şikayətini təmin edərək, 9-cu polis bölməsinə və Maliyyə Nazirliyinə qarşı iddia üzrə işin baxılması üçün yenidən Səbail rayon məhkəməsinə göndərilməsi barədə qərar çıxarıb.
Xatırladaq ki, E.Həsənov 23 noyabr 2006-cı ildə qanunsuz həbs olunması ilə bağlı 9-cu polis bölməsinə və Maliyyə Nazirliyinə qarşı iddiası bütün instansiyalarda təmin olunmadığı üçün, işə yenidən baxılması barədə kassasiya şikayəti vermişdi.
Previous Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Next Post

“AZADLIQ” QƏZETİNİN 20 YAŞI OLDU

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.