“JURNALİSTLƏR HƏDƏ-QORXUSUZ İŞLƏYƏ BİLMƏLİDİRLƏR ”

“ABŞ üçün mətbuat azadlığı çox vacib məsələdir”.

“Mediaforum” xəbər saytının məlumatına görə, bunu dekabrın 5-də “Womens Media Watch” Azərbaycan Qadın Jurnalistlər Birliyinin qonağı olmuş Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Enn Dersi jurnalistlərin suallarını cavablandırarkən bildirib:
”ABŞ hökuməti dəfələrlə deyib ki, Azərbaycanda demokratiyanın ayrılmaz təsisatı kimi müstəqil, etik, azad, peşəkar mətbuatın inkişafına ehtiyac var. Hesab edirik ki, mətbuatın öz işini görməsi üçün jurnalistlər təsir, təqib və hədə-qorxusuz işləyə bilməlidir. Bu cür hallar baş verərsə, tədqiq olunmalı və günahkarlar ciddi şəkildə cəzalandırılmalıdır. Jurnalistlər peşə fəaliyyətinə görə, həbs olunmamalıdır, böhtan və diffamasiya cinayət əməli sayılmamalıdır. Digər tərəfdən, jurnalistlərin üzərinə böyük bir məsuliyyət düşür, çünki onlar cəmiyyət qarşısında böyük təsir qüdrətinə malikdir və ən yüksək peşəkar standartlara riayət etməlidirlər ”.
Xanım Dersi  “Amerikanın səsi” , “Azadlıq” və “BBC” radiolarının Azərbaycanın milli tezliyində yayımının dayandırılması məsələsinə də toxunub: ”Bu radiolar;n ölkədə plüralizm, fikir müxtəlifliyi, adamların səsinin eşidilməsi və məlumatlanması üçün nə dərəcədə vacib bir iş gördüyünü Azərbaycan hökumətinin başa düşdüyünə əminəm. Düşünmürəm ki, bu radioların peyk və ya internet vasitəsilə fəaliyyətini davam etdirməsi çıxış yoludur. Azərbaycanda telekommunikasiya sistemi hələ inkişaf etməkdədir və adamların çox kiçik bir qisminin bu kommunikasiya vasitələrinə çıxışı var”.
Səfir onu da  əlavə edib ki, Beynəlxalq  Yayımçılar Bürosunun təmsilçiləri Azərbaycanın Milli Televiziya və Radio Şurası ilə müzakirələrə başlayıblar: ”Əminəm ki, danışıqlar bu radioların öz yayımını davam etdirməsi ilə yekunlaşacaq”.
Previous Post

OFİSİ QARƏT OLUNMUŞ “ÜÇ NÖQTƏ” QƏZET FƏALİYYƏTİNİ BƏRPA EDİB

Next Post

SAKİT ZAHİDOV AİLƏSİ İLƏ TELEFONLA ƏLAQƏ SAXLAYIB, QƏNİMƏT ZAHİDOVUN AİLƏSİ İSƏ 3 GÜNDƏN SONRA ONUNLA GÖRÜŞƏCƏK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.